Putin Təhlükəsizlik Şurasını topladı

 18:11 09.09.2022     405

Rusiya Prezidenti Vladimir Putin ölkənin Təhlükəsizlik Şurasının daimi üzvləri ilə görüş keçirib.

Redaktor.az “TASS”a istinadla xəbər verir ki, görüş zamanı taxıl məsələsi müzakirə olunub.

Putin kasıb ölkələrə çatdırılan Ukrayna taxılının həcminin artırılmasının vacib olduğunu vurğulayıb.

Prezident əldə olunmuş razılaşmalara baxmayaraq, kasıb ölkələrə ümumi taxılın cəmi 3 faizi, yaxud 60 min tonunun daşındığını xatırladıb:

“Biz təbii ki, ərzağın hansı istiqamətdə getməsinə təsir edə bilmərik, amma məhz kasıb ölkələrə taxıl daşınmasının artırılmasını vacib hesab edirik”, - deyə Rusiya lideri bildirib.

T.İSMAYIL