ABŞ İrana yeni sanksiyalar tətbiq etdi

 19:30 09.09.2022     122

ABŞ Albaniyaya qarşı kiberhücum təşkil etdiyinə görə İrana sanksiya tətbiq edib.

Redaktor.az xəbər verir ki, bu barədə ABŞ Maliyyə Nazirliyi məlumat yayıb.

Bildirilir ki, ABŞ və müttəfiqlərinə qarşı kiber fəaliyyətlərinə görə İranın Kəşfiyyat və Təhlükəsizlik Nazirliyi və nazir İsmail Xətib "qara siyahı"ya salınıb.

Bbildirilib ki, İranın Kəşfiyyat və Təhlükəsizlik Nazirliyi və kiber proksiləri 2007-ci ildən bəri dünyanın müxtəlif ölkələrində hökumətləri, özəl sektor təşkilatlarını və müxtəlif kritik infrastruktur sektorlarını hədəf alan zərərli kiber əməliyyatlar həyata keçirir.