NATO şərq sərhədinə yeni qüvvələr yerləşdirir

 20:13 09.09.2022     250

NATO şərq sərhədində yeni qüvvələr yerləşdirməyə başlayıb.

Redaktor.az xəbər verir ki, bu barədə NATO-nun baş katibi Yens Stoltenberq bildirib.

Baş katib həmçinin uzun sürən münaqişəyə hazırlaşmağa çağırıb.

“Biz alyansın şərq hissəsində mövcudluğumuzu əhəmiyyətli dərəcədə gücləndiririk. Eyni zamanda, biz Moskvaya aydın siqnal göndəririk ki, NATO Müttəfiq ərazisinin hər qarışını müdafiə edəcək”, - Stoltenberq Brüsseldə ABŞ dövlət katibi Entoni Blinkenlə görüşündən sonra keçirilən mətbuat konfransında deyib.