Kremldən gələn təhdidlərdən qorxmamalıyıq - Şarl Mişel

 21:17 09.09.2022     392

Rusiyadan gələn təhdidlər Avropa ölkələrini qorxutmamalıdır.

Redaktor.az xəbər verir ki, bunu Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel Almaniya kansleri Olaf Şoltsla görüşdə deyib.

Mişel Aİ-yə üzv ölkələrin Rusiyanın qalıq yanacaqlarından asılılığına son qoymaq üçün bir-biri ilə sıx əməkdaşlıq etdiklərini bildirib 

"Sakit olmalıyıq. Kremldən gələn təhdidlərin bizi qorxutmasına imkan verməməliyik", - o qeyd edib.

Mişel Rusiya qazına alternativlərin inkişaf etdirilməsi istiqamətində irəliləyiş əldə etdiklərini və qış aylarında baş verə biləcək enerji böhranı ilə bağlı narahatlıqları aradan qaldırmağa çalışdıqlarını bildirib.

Vumart və Güvən reklamı Vumart Güvən