Ukraynada son sutkada 350 işğalçı MƏHV EDİLDİ- FOTO

Rusiya ordusunun Ukraynadakı son itkiləri açıqlanıb.
Redaktor.az xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahının feysbuk səhifəsində bildirilib.
Qeyd olunub ki, fevralın 24-dən indiyədək Rusiya ordusunun 52250 (+350) canlı qüvvəsi, 2136 (+14), 4584 (+9) zirehli döyüş maşını, 1159 (+22) artilleriya sistemi, 311 (+5) reaktiv yaylım atəşi sistemi, 162 (+3) hava hücumundan müdafiə sistemi, 239 təyyarə, 212 (+1) helikopter, 898 (+10) PUA, 216 qanadlı raket, 15 gəmi, 3426 (+27) avtomobil texnikası və avtosistern, 116 (+2) xüsusi texnikadan ibarətdir.
Məlumata görə, Rusiya ən çox itkisini Donetsk istiqamətində verib.
İLTİFAT