Rus işğalçılar bu şəhərdən də qovuldular

 11:34 10.09.2022     277

Ukrayna Silahlı Qüvvələri Xarkov vilayətinin Kupyansk şəhərini azad edib.

Redaktor.az “RBC-Ukrayna”ya istinadən xəbər verir ki, bu barədə Xarkov vilayət şurası rəhbərinin müşaviri Natalya Popova bildirib.

Xatırladaq ki, bundan əvvəl Ukrayna Silahlı Qüvvələrinin Xarkov vilayətində 2 500 kvadrat kilometrə yaxın ərazini azad etdiyi barədə məlumat verilmişdi.