Laçından qaçan ermənilər İrəvanda etiraza  QALXIR

 15:46 10.09.2022     145

Azərbaycanın Laçın rayonundan İrəvana qaçmış ermənilər Ermənistan hakimiyyətindən narazıdır.

Redaktor.az xəbər verir ki, Qreta Movsisyan adlı qadın 22 il Laçında firəvan yaşadıqlarını, 44 günlük müharibə nəticəsində evlərindən məcburi şəkildə küçəyə atıldıqlarını deyib.

Movsisyan Laçını tərk etdikdən sonra Ermənistan hakimiyyətinin onlara vəd etdiyi yardımları ayırmadığını söyləyib. Erməni qadın ev və kompensasiya problemini həll etmək üçün döymədikləri qapı qalmadığını, lakin rəsmilərin onların şikayətini qulaq ardına vurduğunu deyib.

Onun sözlərinə görə, narazı ermənilər İrəvanda etiraz aksiyası keçirməyə hazırlaşır.

Qreta Movsisyan yaranmış vəziyyətə görə, Ermənistan rəhbərliyi və Qarabağdakı qondarma rejimin məsuliyyət daşıdığını qeyd edib.

“İndi çıxılmaz vəziyyətdə qalmışıq, nə edəcəyimizi, kimə müraciət edəcəyimizi bilmirik. Laçından köçən ermənilərin bəziləri İrəvanda kirayədə, bəziləri ilə yaxınlarının evlərində qalır. Bizi “küçə iti” kimi evdən bayıra atdılar, heç kim yardım göstərmədi. İrəvanda yaşamaq və işləmək üçün normal şərait yoxdur. Kompensasiya verilsə belə, bu məbləğ ev almağa kifayət etmir”, - deyə Movsisyan vurğulayıb.