Ukrayna ordusu 10 kilometr irəlilədi

 18:26 10.09.2022     203

Ukrayna Silahlı Qüvvələri cənub cəbhəsində bəzi yerlərdə on kilometrlərlə irəliləyib.

Redaktor.az xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə Ukrayna Cənub Müdafiə Qüvvələrinin mətbuat mərkəzinin rəhbəri Natalia Qumenyuk məlumat yayıb.

O, azad edilmiş ərazilərin adlarının tezliklə açıqlanacağını qeyd edib. Qumenyuk əlavə edib ki, təkcə sentyabrın 9-da Ukrayna hərbçiləri cənubda 70-dən çox işğalçını məhv edib, Nikopol rayonunu davamlı olaraq atəşə məruz qoyan 9 tank və 2 topu sıradan çıxarıb.