NATO Kosovoda hərbçilərinin sayını artırır 

 19:57 10.09.2022     224

NATO-nun Kosovodakı (KFOR) hərbçilərinin sayı müvəqqəti olaraq artırılacaq.

Redaktor.az xəbər verir ki, bu barədə təşkilatın mətbuat xidmətindən bildirilib.

Məlumata görə, 27 sentyabr-2 noyabr tarixlərində ehtiyat birliklər üçün keçiriləcək təlimlə əlaqədar KFOR-un əsgərlərinin sayında artım olacaq.

Sentyabrın 11-də İngiltərədən gələcək hərbi hissə təlimdən əvvəl KFOR personalı ilə uyğunlaşdırma işləri aparacaq.

Xatırladaq ki, KFOR 1999-cu ildə, Kosovo-Serbiya müharibəsindən sonra BMT Təhlükəsizlik Şurasının Kosovoda sülh və sabitliyi qorumaq üçün qəbul etdiyi qətnamə əsasında yaradılıb.