İsveçdə türk məscidinə hücum etdilər

 09:44 11.09.2022     284

İsveçin Jönköpinq şəhərində Türkiyənin Dini İşlər İdarəsinə tabe olan məscid daşa basılıb.

Redaktor.az xəbər verir ki, bu barədə Türkiyə mediası məlumat yayıb.

Məlumata görə, bu, son 3 ayda məscidə edilən üçüncü hücumdur.

İsveçdəki Jönköping Məscidinin İdarə Heyətinin üzvü Mehmet Özer deyib ki, hadisə ilə bağlı polisə və aidiyyəti orqanlara məlumat verilib:

"Bu, son 3 ayda məscidimizə edilən üçüncü hücumdur. Şikayət edirik, amma indiyədək heç bir nəticə əldə etmədiyimiz üçün o qədər də ümidli deyilik''.

Hücum nəticəsində mətbəx pəncərəsinin qırıldığına diqqət çəkən Mehmet Özer irqçilərdən şübhələndiklərini qeyd edib.