Meksikada içi sərnişinlə dolu avtobus yandı

 10:53 11.09.2022     518

Meksikanın şimal-şərqindəki Tamaulipas ştatının Syudad-Viktoriya və Monterrey şəhərləri arasında sərnişin avtobusu və tez alışan maddənin olduğu yük maşınının toqquşaraq yanması nəticəsində azı 20 nəfər həlak olub.

Redaktor.az xəbər verir ki, qəza nəticəsində hər iki avtomobil tamamilə yanıb, yük maşınının sürücüsü isə hadisə yerindən qaçıb.

Hadisə yerinə yanğınsöndürənlər, hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb edilib. Hadisə ilə bağlı araşdırma aparılır.

Qəzanın başvermə səbəbi açıqlanmır.