III Çarlz rəsmi olaraq bu dövlətin başçısı elan edildi

Böyük Britaniya kralı III Çarlz bu gündən etibarən rəsmi şəkildə Avstraliya dövlətinin başçısı olub.
Redaktor.az xəbər verir ki, bu barədə Avstraliyanın Baş naziri Entoni Albaneze Kanberrada parlament binasında keçirilən tədbir zamanı qeyd edib.
O, həmçinin 22 sentyabrı kraliça II Elizabetin vəfatı ilə əlaqədar milli matəm günü elan edib.
Xatırladaq ki, III Çarlz sentyabrın 11-də həmçinin Yeni Zelandiya dövlətinin də başçısı elan edilmişdi.