Ukraynada işğalçılara ağır zərbə- 400 canlı qüvvə, 3 təyyarə, 18 tank MƏHV EDİLDİ

Rusiya ordusunun Ukraynadakı son itkiləri açıqlanıb.
Redaktor.az xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahının feysbuk səhifəsində bildirilib.
Qeyd olunub ki, fevralın 24-dən indiyədək Rusiya ordusunun 52650 (+400) canlı qüvvəsi, 2154 (+18), 4617 (+33) zirehli döyüş maşını, 1163 (+4) artilleriya sistemi, 311 (+5) reaktiv yaylım atəşi sistemi, 162 (+3) hava hücumundan müdafiə sistemi, 242 (+3) təyyarə, 213 helikopter, 902 (+4) PUA, 216 qanadlı raket, 15 gəmi, 3445 (+19) avtomobil texnikası və avtosistern, 117 xüsusi texnikadan ibarətdir.
Məlumata görə, Rusiya ən çox itkisini Donetsk istiqamətində verib.
İLTİFAT