Ukrayna ordusu Xarkovda əks-hücumunu DAVAM ETDİRİR

 12:00 11.09.2022     485

Ukrayna ordusu Xarkov vilayətində əks-hücumlarını və İzyum şəhərinin Rusiya hərbçilərindən azad olunmasını davam etdirir.

Bu barədə Redaktor.az "RBK Ukraina"ya istinadən xəbər verir.

Məlumata görə, Ukrayna hərbçiləri cənub tərəfdən İzyuma daxil olub, şəhərdə təmizləmə əməliyyatı aparılır.

Beləliklə, Rusiya həbrçiləri İzyumdan cənuba çıxışı itiriblər.