Gürcüstanın DTX rəisi baş nazir olacaq?

 12:32 11.09.2022     319

Gürcüstan Dövlət Təhlükəsizlik Xidmətinin (DTX) rəisi Qriqol Liluaşvili ölkənin gələcək Baş naziri olacağı ilə bağlı mətbuatda yayılan xəbərləri təkzib edib.

Redaktor.az bildirir ki, o, jurnalistlərə açıqlamasında hökumət başçısı olmağı arzulamadığını, əgər kimsə buna bənzər təklif etsə, cavabının "yox" olacağını bildirib.

“Mənim səlahiyyət müddətim var, onu bitirməliyəm, siyasi həyatımı, o cümlədən baş nazir və ya hər hansı nazir kimi davam etdirməyə hazırlaşmıram. Mən nə etdiyimi, hansı islahatlara başladığımı bilirəm və tutduğum vəzifədən daha yüksək vəzifəni praktiki olaraq istisna edirəm”, - Qriqol Liluaşvili bildirib.