Daha bir qəsəbə rus işğalçılarından azad EDİLDİ

 13:06 11.09.2022     641

Ukrayna Silahlı Qüvvələri Xarkov vilayətində daha bir yaşayış məntəqəsini azad edib.

Redaktor.az xəbər verir ki, bu barədə Ukrayna Prezidenti Volodimir Zelenski teleqramda yazıb.

Böyük Knyaz Romanın adını daşıyan 14-cü əlahiddə mexanikləşdirilmiş briqada Çkalovskoyedə Ukrayna bayrağını sancıb.

Xatırladaq ki, bundan əvvəl Ukrayna Silahlı Qüvvələri Xarkov vilayətində Artemovka və Vasilenkovo ​​kəndlərini azad edib.

Vumart və Güvən reklamı Vumart Güvən