Ərdoğan Özbəkistanda Putinlə görüşəcək

 13:37 11.09.2022     539

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan sentyabrın 15-16-da Özbəkistanın Səmərqənd şəhərində keçiriləcək Şanxay Əməkdaşlıq Təşkilatının dövlət başçılarının sammitində iştirak edəcək. Türkiyə lideri burada Rusiya Prezidenti Vladimir Putinlə görüşəcək.

Bu barədə Redaktor.az Türkiyə mətbuatına istinadən xəbər verir.

Qeyd edilir ki, Ərdoğan təşkilata üzv digər ölkələrin də liderləri ilə görüşəcək. Onun xüsusən rusiyalı həmkarı Vladimir Putinlə görüşü planlaşdırılır.

Ərdoğan bundan sonra ABŞ-a səfər edəcək, Nyu-Yorkda Birləşmiş Millətlər Təşkilatının Baş Assambleyasının 77-ci iclasında iştirak edəcək.

Türkiyə lideri sentyabrın 20-də Baş Assambleyada çıxış edəcək. Ərdoğan BMT-də Rusiya-Ukrayna müharibəsi, Ukrayna taxılının daşınması, terrorla mübarizə, Yunanıstanla gərginliyə qədər bir çox mövzularda danışacaq.

Ərdoğan BMT Baş Assambleyası çərçivəsində bir çox dövlət və hökumət başçıları ilə təkbətək görüşəcək.