İraqın şimalında iki türk əsgəri şəhid oldu

 18:15 11.09.2022     371

Türkiyə Silahlı Qüvvələri İraqın şimalında PKK terror təşkilatına qarşı növbəti əməliyyatda itki verib.

Redaktor.az xəbər verir ki, bu barədə Türkiyə Milli Müdafiə Nazirliyi məlumat yayıb.

“Pençe-Kilit” əməliyyat bölgəsində atışma zamanı çavuş Harun Yıldırım və Savaş Borlu şəhid olub.

Daha 4 hərbçinin yaralandığı deyilir.