Antalyada meşə yanır

 19:45 11.09.2022     326

Türkiyənin Antalya bölgəsində növbəti dəfə meşə yanğını baş verib.

Redaktor.az xəbər verir ki, hadisə bölgənin Kumluca rayonunda yaşayış məntəqələrinə yaxın meşəlik ərazidə qeydə alınıb.

Ortaköy məhəlləsi Taşlıçay səmtindəki evlərin və istixanaların yaxınlığındakı meşə sahəsində başlayan yanğının səbəbləri hələ ki, məlum deyil.

Antalya Meşə Region Müdirliyinin müvafiq qrupları bölgəyə göndərilib.

Alova havadan və yerdən müdaxilə edilir.

Xilasedicilər yanğını nəzarət altına almağa çalışırlar.

 

Vumart və Güvən reklamı Vumart Güvən