Putin Çin lideri ilə görüşəcək 

 20:00 11.09.2022     347

Çin lideri Si Cinpin koronavirus pandemiyasının başlamasından bəri ilk dəfə ölkəni tərk edəcək.

Redaktor.az "Reuters" agentliyinə istinadən xəbər verir ki, o, Şanxay Əməkdaşlıq Təşkilatının Özbəkistanın Səmərqənd şəhərində keçiriləcək sammitində iştirak edəcək.

Rusiya Prezidentinin köməkçisi Yuri Uşakov bildirib ki, Çin liderinin Putinlə görüşü planlaşdırılır.

Çin tərəfi hələlik Si Cinpinin səyahət planını təsdiqlənməyib. Putinlə yanaşı onun digər liderlərlə də görüşü gözlənilir.