Xarkov qaranlığa qərq oldu

 22:32 11.09.2022     263

Ukraynanın ikinci ən böyük şəhəri olan Xarkovda elektrik enerjisi kəsilib.

Redaktor.az xəbər verir ki, bu barədə "Reuters" agentliyi məlumat yayıb.

Agentliyin bölgədəki müxbiri şəhərin qaranlığa qərq olduğunu bildirib. Elektrik enerjisinin niyə dayandırıldığı barədə məlumat verilməyib.

Teleqram kanallarında Ukraynanın digər bölgələrində də elektrik enerjisinin kəsildiyi barədə xəbər yayılıb.

Qeyd edək ki, son bir neçə gündə Ukrayna Xarkovda rusların işğalı altında olan ərazilərə uğurlu əks-hücum əməliyyatları həyata keçirib. Rusiya buna cavab olaraq Xarkovda bəzi ərazilərə raket zərbələri endirib.