Ukrayna ordusu ötən gün 20-dən çox yaşayış məntəqəsini azad edib - RƏSMİ

 09:14 12.09.2022     583

Sentyabrın 11-də Ukrayna Silahlı Qüvvələri 20-dən çox yaşayış məntəqəsini azad edib, onlar tam nəzarətə götürülüb və sabitləşdirmə tədbirləri həyata keçirilir.

Redaktor.az bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahının feysbuk səhifəsində bildirilib.

Məlumata görə, Rusiya hərbçiləri öz səylərini Donetsk vilayətinə nəzarətin yaradılmasına, müvəqqəti ələ keçirilmiş ərazilərin saxlanmasına və müəyyən mövqelərdə Ukrayna qoşunlarının hücumunu dayandırmağa cəmləşdirir.

"Düşmən mövqelərimizi atəşə tutmaqda davam edir, havadan kəşfiyyat aparır və itirilmiş mövqelərin bərpası üçün tədbirlər görməyə çalışır", - deyə Baş Qərargahdan bildirilib.

T.İSMAYIL