SEPAH-ın kiber komandirləri ifşa edildi

Albaniyanın infrastrukturuna kiberhücumdan sonra bu ölkə İranla siyasi əlaqələrini kəsib və Amerika İranın həm ETTELAAT Nazirliyinə, həm də şəxsən nazir İsmayıl Xətibə sanksiya tətbiq edib.
Redaktor.az xəbər verir ki, “Microsoft”un dərc etdiyi hesabata görə, bu hücumların arxasında İslam Respublikası tərəfindən dəstəklənən və bəziləri İran hüdudlarından kənarda idarə olunan 4 haker qrupu dayanıb.
Microsoft-un verdiyi hesabata əsasən, sözügedən 4 qrup əvvəllər ETTELAAT Nazirliyinə bağlı olan “Europim” haker qrupu tərəfindən istifadə edilən və 1 ildən çox müddət ərzində bir neçə kiberhücum həyata keçirən girişdən istifadə edib.
Kiber hücumlara dəstək verən şirkətlər və hücumlara başçılıq edənlərin bir neçəsinin adları bəlli olub.