Xameneyinin ölüm xəbəri YAYILDI

 12:46 12.09.2022     265

İki gündür sosial şəbəkələrdə və bəzi KİV-lərdə İranın ali dini lideri Seyid Əli Xameneyinin ağır xəstə olması, buna görə ali şuranın toplantısının təxirə salınması, hətta onun vəfat etməsi barədə xəbərlər  yayılır.

Redaktor.az xəbər verir ki, İran hakimiyyətinin nümayəndələri  yayılan məlumatların həqiqəti əks etdirmədiyini bildirib.

Ali dini liderin öz işinin başında olduğu vurğulanır.

“Mehr” Agentliyinin xəbərinə görə, Ayətullah Seyid Əli Xameneyi dünən - bazar günü bir qrup iranlı idmançını qəbul edib.

Qeyd olunur ki, Tehranda keçirilən görüşdə Ayətullah Xameneyi ölkənin idman və gənclər naziri Həmid Səcadi və bir qrup idman menecerini, bəzi dünya və olimpiya çempionlarını və idman veteranlarını, o cümlədən müqəddəs ziyarətgahı müdafiə edən şəhid ailələrini qəbul edib (modern.az).