Rusiya vətəndaşları sadələşdirilmiş viza rejimindən məhrum edildilər

 16:05 12.09.2022     432

Avropa Komissiyasının sentyabrın 6-da qəbul etdiyi qərara əsasən, bu gündən etibarən Avropa İttifaqı Şurası Rusiya ilə viza rejiminin sadələşdirilməsi sazişinin icrasını tamamilə dayandırıb.

Redaktor.az  xəbər verir ki, viza sazişindən imtina ilə bağlı qərarı Avropa İttifaqının daxili işlər və miqrasiya məsələlərinə cavabdeh olan komissarı İlva Yohansson elan edib.

Xatırladaq ki, Rusiya Federasiyası və Aİ arasında viza rejiminin sadələşdirilməsi haqqında saziş 2006-cı ildə Soçidə imzalanıb.

Öz növbəsində Avropa İttifaqının xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Jozep Borrel bildirib ki, 2022-ci ilin iyul ayının ortalarından etibarən Aİ Rusiya Federasiyası ilə həmsərhəd olan ittifaq ölkələrinə rusların ciddi axınını müşahidə edir.

“Bu isə Avropa dövlətlərin təhlükəsizliyini təhdid edir”, - deyə Aİ-nin ali nümayəndəsi vurğulayıb.