Makron II Elizabetin dəfninə gedəcək

 18:36 12.09.2022     255

Fransa Prezidenti Emmanuel Makron Böyük Britaniya kraliçası II Elizabetin dəfnində iştirak edəcək.

Redaktor.az-ın məlumatına görə, bu barədə Yelisey Sarayı məlumat yayıb.

Sarayın məlumatına görə, Makron şəxsən dəfndə iştirak etmək niyyətini açıqlayıb.

Qeyd edək ki, kraliça II Elizabet sentyabrın 19-da dəfn ediləcək.