Estoniyada sovet əsgərlərinin ən böyük məzarlığının köçürülməsinə başlanıldı - FOTO

 19:49 12.09.2022     285

Estoniyanın Tartu şəhərində yerləşən Raadi parkında İkinci Dünya müharibəsi qurbanlarının və sovet əsgərlərinin məzarlarının və qalıqlarının köçürülməsinə başlanılıb.

Redaktor.az xəbər verir ki, bürünc heykəl isə Tartu şəhər Muzeyinə təhvil veriləcək.

Çərşənbə axşamı Estoniya Müharibə Muzeyinin arxeoloqları abidənin yaxınlığında basdırılmış insan qalıqlarını çıxarmağa başlayacaqlar.

Parkda təxminən 250 nəfərin dəfn olunduğu güman edilir. Bunlar Lemmatsda ölüm cəzasına məhkum edilmiş şəxslər, eləcə də Tartu və onun ətrafında gedən döyüşlərdə həlak olmuş Qırmızı Ordu əsgərləridir.

Müharibə qurbanlarının qalıqları başqa qəbiristanlıqda dəfn olunacaq. İşin davam etdiyi müddətdə polis tərəfindən abidənin yaxınlığında hərəkət qadağan edilib.

Qalıqların çıxarılması ilə bağlı işlər həftənin sonuna qədər davam edəcək.

Köçürülmədən əvvəl din xadimləri tərəfindən xüsusi ayin icra edilib.

Estoniyada Müdafiə Nazirliyinin döyüş məzarları üzrə komissiyası İkinci Dünya müharibəsindən qalan sovet əsgərlərinin 22 məzarının köçürülməsinə qərar verib.