Ukrayna ordusu bu qədər ərazini  AZAD ETDİ

 23:59 12.09.2022     176

Ukrayna ordusu ölkənin cənubunda və şərqində 6 min kvadrat kilometr ərazini işğaldan azad edib.

Redaktor.az xəbər verir ki, bu barədə Ukrayna müdafiə nazirinin müavini Anna Malyar sosial şəbəkə hesabında məlumat paylaşıb.

Qeyd edək ki, Ukrayna hərbçilərinin Xarkov vilayətində genişmiqyaslı əks-hücum əməliyyatı sentyabrın əvvəlində başlayıb. Bu günə qədər Xarkov və Donetsk vilayətinin bir neçə yaşayış məntəqəsi azad olunub. 

Bundan başqa, Ukrayna ordusu Xerson vilayətinin bir sıra yaşayış məntəqələrinə nəzarəti bərpa edib.