Ukraynada son sutkada 350 işğalçı MƏHV EDİLDİ - FOTO

 10:28 13.09.2022     371

Rusiya ordusunun Ukraynadakı son itkiləri açıqlanıb.

Redaktor.az xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahının feysbuk səhifəsində bildirilib.

Qeyd olunub ki, fevralın 24-dən indiyədək Rusiya ordusunun 53300 (+ 350) canlı qüvvəsi, 2175 (+7), 4662 (+22) zirehli döyüş maşını, 1279 (+10) artilleriya sistemi, 311 reaktiv yaylım atəşi sistemi, 165 (+3) hava hücumundan müdafiə sistemi, 244 (+1) təyyarə, 213  helikopter, 904 (+1) PUA, 233 (+17) qanadlı raket, 15 gəmi, 3469 (+6) avtomobil texnikası və avtosistern, 117 xüsusi texnikadan ibarətdir.

Məlumata görə, Rusiya ən çox itkisini Xarkov və Donetsk istiqamətində verib.

Nərmin VÜQARQIZI

2