Ermənistanda müxalifət və hakimiyyət vahid bəyanatla çıxış edə bilmədi

Ermənistan parlamentində müxalifətdə olan “Mənim şərəfim var” və “Hayastan” fraksiyaları ilə hakim partiya Azərbaycan-Ermənistan dövlət sərhədindəki vəziyyətlə bağlı bəyanatın mətnini razılaşdıra biməyiblər.
Redaktor.az “Sputnik Ermənistana" istinadən xəbər verir ki, bu açıqlama ilə Ermənistanda hakimiyyətdə olan “Mülki Müqavilə” partiyasının deputatı Vladimir Vardanyan çıxış edib.
O qeyd edib ki, hər iki fraksiya parlamentə təkliflər paketini təqdim etsə də, sərhəddəki gərginliklə bağlı birgə bəyanatın mətnində konsensus əldə olunmayıb.