Ermənistanda ölən əsgərlərin yaxınları etiraz aksiyası keçirdilər - VİDEO

 18:38 13.09.2022     465

Ermənistanda ölən əsgərlərin yaxınları parlament binasının qarşısında etiraz aksiyası keçiriblər. Aksiya zamanı gərgin vəziyyət yaranıb. 

Redaktor.az "Sputnik Ermənistan"a istinadən xəbər verir ki, polis etirazçıları parlamentin xidməti girişinə buraxmır. Əsgərlərin yaxınları isə deputatları görmək üçün israr edirlər.

“Vətəndaş sazişi” partiyasının nümayəndəsi Ovik Ağazaryan əsgər yaxınlarının qəzəbinə tuş gəlib. Etirazçılar əvvəlcə onun ardınca “Satqın” qışqırıb, daha sonra üzərinə su atıblar.

Polis su atan qadını nəzarətə götürməyə çalışsa da, vəziyyət daha da gərginləşib. Nəticədə qadın sərbəst buraxılıb.

Vumart və Güvən reklamı Vumart Güvən