ABŞ səfirliyində bomba HƏYƏCANI

 21:10 13.09.2022     191

Bu gün axşam saatlarında ABŞ-ın Gürcüstandakı səfirliyinin binasında bomba həyəcanı yaşanıb.

Redaktor.az xəbər verir ki, naməlum şəxs 112 çağrı mərkəzinə zəng vuraraq səfirliyin ərazisində partlayıcı qurğu qoyulması barədə məlumat verib.

Səfirliyin əməkdaşları və mülki işçilər binadan dərhal təxliyə olunublar.

Hadisə yerində Gürcüstan istehkamçılar və hüquq-mühafizə orqanlarının əməkdaşları təhlükəsizlik və əməliyyat-axtarış tədbirləri həyata keçiriblər.

ABŞ səfirliyi hüquq-mühafizə orqanları əməkdaşlarına məsələyə operativ müdaxilə etdiklərinə görə minnətdarlıq edib.