KTMT sərhəddəki vəziyyəti müzakirə etdi

 22:27 13.09.2022     204

Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) Kollektiv Şurasının iclası keçirilib.

Redaktor.az xəbər verir ki, bu barədə Ermənistan hökuməti məlumat yayıb.

Ermənistan Baş naziri Nikol Paşinyanın sədrliyi ilə keçirilən iclasda Ermənistan-Azərbaycan sərhədindəki vəziyyət müzakirə edilib.

İclasda Rusiya, Qazaxıstan, Qırğızıstan prezidentləri Vladimir Putin, Qasım-Jomart Tokayev, Sadır Japarov, Tacikistanın Baş naziri Koxir Rəsulzoda, Belarus Təhlükəsizlik Şurasının katibi Aleksandr Volfoviç, KTMT baş katibinin müavini Valeri Semerikov iştirak ediblər.