Ermənistanda Paşinyana qarşı AKSİYA

 09:55 14.09.2022     321

İrəvanda Ermənistanın Baş naziri Nikol Paşinyana qarşı impiçment prosedurunun tətbiqi tələbi ilə aksiya başlayır.

Redaktor.az “Sputnik Ermənistan”a istinadən xəbər ki, 44 günlük müharibədə ölən hərbçilərin qohumları və digər ölkə vətəndaşları səhər saatlarından parlament binası qarşısında toplaşmağa başlayıb.

Parlament binasının xidməti girişinə çox sayda polis əməkdaşı cəlb olunub. Ümumilikdə binanın yerləşdiyi küçə polis tərəfindən əhatəyə alınıb.

Xatırladaq ki, İrəvanda dünən axşam saatlarında da parlament binası qarşısında mitinq təşkil edilib.