Tacikistan-Qırğızıstan sərhədində ATIŞMA

 10:10 14.09.2022     646

Tacikistan hərbçiləri Qırğızıstan sərhədçiləri ilə birgə sərhədin müəyyən edilməmiş hissəsində atışma zamanı minaatanlardan istifadə ediblər.

Redaktor.az "İnterfaks"a istinadən xəbər verir ki, bu barədə Qırğızıstan sərhəd xidməti məlumat yayıb:

“Sentyabrın 14-də dövlət sərhədinin Qırğızıstan-Tacikistan hissəsində silahlı insident baş verib. Tacikistan tərəfi minaatanlardan istifadə edib. İlkin məlumatlara görə, Qırğızıstan tərəfdən ölən və yaralanan olmayıb”.

İnsident Qırğızıstanın Batken vilayətinin Batken rayonunun Bulak-Başı ərazisində baş verib.

Tərəflər arasında gərginliyin qarşısını almaq məqsədilə telefon danışıqları olub, görüş planlaşdırılır.