“Səfərbərliyə ehtiyac ola bilər” - Erməni deputat

 13:17 14.09.2022     233

“Səfərbərliyə ehtiyac ola bilər”.

Redaktor.az Sputnik Ermənistan-a istinadən xəbər verir ki, bu barədə müxalifətçi deputat, “Mənim şərəfim var” fraksiyasının nümayəndəsi Tiqran Abramyan bildirib.

Erməni deputat sərhəddə eskalasiya ilə bağlı fikirlərini açıqlayıb.

O qeyd edib ki, səfərbərliyə ehtiyac ola bilər. Lakin bu, 44 günlük müharibə zamanı olduğu kimi həyata keçirilməməlidir.

“Bu dəfə yeni birləşmələr yaratmaq yox, hərbi hissə və bölmələri artırmaq lazımdır”, - deyə Abramyan bildirib.