Türkiyə kəşfiyyatından uğurlu əməliyyat - PKK-nın dəstə başçılarını ƏLƏ KEÇİRDİ

 13:30 14.09.2022     388

Türkiyənin Milli Kəşfiyyat Təşkilatı (MİT) İraqın şimalında keçirdiyi xüsusi antiterror əməliyyat nəticəsində PKK terror təşkilatının iki üzvü saxlanılıb.

Redaktor.az “Habertürk”ə istinadən xəbər verir ki, bu barədə Türkiyənin təhlükəsizlik qurumlarından bildirilib.

Məlumata görə, terrorçular - “Şahan Cihan” kod adlı Hatip Güney və “Tekoşin Kamışlı-Civan” kod adlı Aya Ahmet Süleyman Türkiyəyə gətiriliblər.

Qeyd olunub ki, Hatip Güney 2019-cu ildə PKK-ya qoşulub. O, qanunsuz yolla İrana, oradan isə İraqa keçərək Asos adlı düşərgədə terror təlimindən keçib. O, İraqın şimalında Mahmur bölgəsində PKK-nın düşərgəsində dəstə başçısı olub. Aya Ahmet Süleyman isə 2015-ci ildə PKK/PYD-YPG terrorçu qruplaşmasına qoşulub. Suriyada 2 il fəaliyyət göstərdikdən sonra 2017-ci ildə Suriyadan İraqın Qara bölgəsinə keçib. Orada təlim aldıqdan sonra 2018-ci ildən Mahmur düşərgəsində dəstə başçısı olub.

Hər iki terrorçu müxtəlif terror aksiyalarında iştirak edib.