Yeni kral hamının yanında kraliçanı danladı - VİDEO

Böyük Britaniyanın yeni kralı III Çarlz yenidən diqqətləri özünə çəkib.
Redaktor.az xəbər verir ki, Şimali İrlandiyada rəsmi sənədlərin imzalanması mərasiminə qatılan kral əsəblərini cilovlaya ilməyib.
Buna səbəb imza üçün ona verilən qələmdən mürəkkəb sızması olub. Əvvəlcə həyat yoldaşı Kamillaya əsəbləşən kral, daha sonra məmurları danlayıb.
"İlahi, mən buna nifrət edirəm. Mən bu lənətəgəlmiş şeyə dözə bilmirəm”, - kral III Çarlz mızıldanaraq şikayətini dilə gətirib.