Rusların Xarkovda qoyub qaçdıqları texnika heyrətə gətirdi

 19:32 14.09.2022     1799

Rusiya ordusunun Xarkov vilayətini tərk etdiyi zaman qoyub getdiyi texnikanın miqdarı hər kəsi heyrətə gətirib.

Redaktor.az xarici mediaya istinadla xəbər verir ki, bu barədə Ukrayna Silahlı qüvvələrinin 112-ci Ərazi müdafiə briqadasının mətbuat katibi Andrey Kovalyov danışıb.

“Adamda belə bir təəssürat yaranır ki, rus işğalçıları sadəcə olaraq bütün ağır texnikalarını atıb piyada qaçıblar, çünki onların qoyub getdikləri texnikanın sayı sadəcə təəccüb doğurur”,-deyə o bildirib.

Ukraynalı hərbçinin sözlərinə görə, Xarkov vilayətində o qədər zirehli texnika ələ keçirə biliblər ki, hətta bundan bütöv tank briqadası düzəltmək olar. Ukraynalılar bunu zarafatla rus “lend-liz”i adlandırırlar.

Xatırladaq ki, Xarkov vilayətində Ukrayna Silahlı qüvvələrinin avqustun sonunda elan etdiyi əks-hücum əməliyyatı davam edir. Prezident Vladimir Zelenskinin sözlərinə görə, sentyabrın əvvəlindən Ukrayna ordusu təxminən 2000 kvadrat kilometr ərazini azad edib. Hazırda döyüşlər strateji əhəmiyyətli Liman şəhəri ətrafında gedir.