Ukraynada işğalçılara ağır zərbə - 200 canlı qüvvə, 4 təyyarə, 1 tank MƏHV EDİLDİ

 10:00 15.09.2022     243

“Son sutkada Ukraynada Rusiya ordusunun 200 hərbçisi məhv edilib”.

Redaktor.az xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı məlumat yayıb.

Qeyd olunub ki, bununla da müharibə başlayandan bəri Rusiyanın canlı qüvvə itkilərinin sayı 53 850-yə çatıb.

Bildirilib ki, Rusiyanın digər döyüş itkiləri 2 193 tank, 4 682 zirehli döyüş maşını, 1 295 artilleriya sistemi, 311 reaktiv yaylım atəşi sistemi, 167 hava hücumundan müdafiə sistemi, 250 təyyarə, 215 helikopter, 908 PUA, 233 qanadlı raket, 15 gəmi, 3 522 avtomobil texnikası və avtosistern, 120 xüsusi texnikadan ibarətdir.

Məlumata görə, Rusiya ən çox itkisini Xarkov və Donetsk istiqamətində verib.

İLTİFAT

Bir ‎bunu deyən yazı