Ermənistan parlamentində dava düşdü - VİDEO

 12:39 15.09.2022     477

Ermənistan parlamentinin sentyabrın 15-də keçirilən iclasında söyüş və təhqirlərlə müşayiət olunan dava-dalaş düşüb.

Redaktor.az Ermənistan KİV-nə istinadən xəbər verir ki, hakim “Mülki Müqavilə” partiyasının deputatları “Hayastan” müxalifət blokundan olan həmkarları, “Daşnaksütyun” Partiyasının üzvü Qeqam Manukyanın bəyanat və müraciətləri ilə razılaşmayıblar.

Qeqam Manukyan baş nazir Nikol Paşinyanın əvvəllər səsləndirdiyi bir sıra tezislərin qəbuledilməzliyini vurğulayıb.