KTMT nümayəndələri İrəvana getdi

 23:45 15.09.2022     152

Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) nümayəndə heyəti bu gün İrəvana səfər edib.

Redaktor.az xəbər verir ki, bu barədə ölkənin Müdafiə Nazirliyi məlumat yayıb.

Məlumata görə, nümayəndə heyəti Ermənistanın müdafiə naziri Suren Papikyanla görüşüb.

Qeyd edilib ki, KTMT təmsilçiləri Ermənistan-Azərbaycan sərhədindəki vəziyyətin monitorinqini həyata keçirəcək.