Xersonda Rusiyanın Su-25 təyyarəsi məhv edildi

 12:14 16.09.2022     183

Ukrayna Silahlı Qüvvələri Xerson vilayətinin səmasında Rusiyaya məxsus Su-25 qırıcı təyyarəsini vurub.

Redaktor.az “Ukrinform”a istinadən xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrinin Hərbi Hava Qüvvələrindən bildirilib.

Xatırladaq ki, daha əvvəl də Xerson səmasında qarşı tərəfin qırıcı təyyarələrinin məhv edilməsinə dair məlumat yayılmışdı.