“Əllərinə silah götürmək istəyənlər hərbi komissarlığa müraciət etsinlər” - Paşinyan

 13:51 16.09.2022     481

Ermənistan Təhlükəsizlik Şurasının iclasında qərara gəlinib ki, könüllülər yerli hərbi komissarlıqlara müraciət etsinlər.

Redaktor.az "Sputnik Ermənistan"a istinadən xəbər verir ki, bu barədə ölkənin baş naziri Nikol Paşinyan hökumətin iclasında bildirib.

“Əllərinə silah götürmək istəyənlər adi qaydada yerli hərbi kommisarlığa müraciət edə bilərlər”, - deyə o bildirib.

Paşinyan əlavə edib ki, ölkədə indiki vəziyyətdə səfərbərlik elan edilməyəcək.