Cavab daha ağır olacaq - Putin Kiyevi HƏDƏLƏDİ

 21:17 16.09.2022     199

"Kiyev hakimiyyəti elan edib ki, aktiv əks-hücum əməliyyatına başlayıblar və həyata keçirirlər. Baxaq, görək, bu, necə inkişaf edir, necə başa çatır".

Redaktor.az xəbər verir ki, bunu Rusiya Prezidenti Vladimir Putin Səmərqənddə keçirilən Şanxay Əməkdaşlıq Təşkilatının sammitində deyib.

Onun sözlərinə görə, Moskva Ukraynada tələsmir və Rusiyanın məqsədləri dəyişməz qalır.

Putin Ukraynaya hücumu Qərbin Rusiyanı parçalamaq planının qarşısını almaq üçün zəruri addım kimi qiymətləndirib.

Ukrayna ordusunun uğurlu əks-hücum əməliyyatlarına cavab olaraq Rusiya Ukrayna infrastrukturuna, o cümlədən su anbarı və elektrik təchizatına zərbə vurub. Putin deyib ki, bu hücumlar daha da ciddiləşə bilər.

"Son vaxtlar Rusiya silahlı qüvvələri bir-iki dəqiq zərbələr endirib. Bunlar xəbərdarlıqdır. Əgər vəziyyət belə davam edərsə, cavab daha ciddi olacaq", - deyə o qeyd edib.