Çin liderindən rəngli inqilab xəbərdarlığı - Dəstək istədi

 21:42 16.09.2022     208

Çin lideri Si Cinpin Şanxay Əməkdaşlıq Təşkilatının iclasında üzv ölkələrə rəngli inqilablarla bağlı xəbərdarlıq edib.

Redaktor.az xəbər verir ki, o, təşkilata üzv ölkələri "rəngli inqilab" adlandırılan xalq üsyanlarının qızışdırılmasının qarşısını almaqda bir-birini dəstəkləməyə çağırıb. 

O, həmçinin bildirib ki, Çin qarşıdakı 5 il ərzində üzv ölkələrin hüquq-mühafizə orqanlarının 2000 əməkdaşına təlim keçəcək və antiterror işlərinə yönəlmiş təlim bazası yaradacaq.

Çinin inkişaf etməkdə olan ölkələrə 1,5 milyard yuan (214 milyon dollar) dəyərində taxıl və digər növ yardımlar verəcəyini söyləyən Si Cinpin ölkəsinin iqtisadiyyatının dayanıqlı olduğunu vurğulayıb.