Tacikistanla toqquşmada Qırğızıstanın 87 vətəndaşı yaralandı

Tacikistanla sərhədində baş verən münaqişə nəticəsində Qırğızıstanda 87 nəfər xəsarət alıb.
Redaktor.az xəbər verir ki, bu barədə ölkənin Səhiyyə Nazirliyi bildirib.
Daha əvvəl 55-ə yaxın yaralı və iki nəfərin öldüyü bildirilirib.
Qurbanların əksəriyyətinin bədəninin müxtəlif nahiyələrində qəlpə və güllə yaraları var. Onlar Tacikistanla həmsərhəd olan Batken vilayəti və Bişkekdəki xəstəxanalara yerləşdirilib.