Ermənistan spikeri KTMT-ni yıxıb sürüdü

Ermənistan parlamentinin spikeri Alen Simonyan Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatından (KTMT) narazılığını ifadə edib.
Redaktor.az xəbər verir ki, bu barədə Ermənistan KİV-ləri məlumat yayıb.
O, açıq şəkildə bəyan edib ki, İrəvan KTMT-nin Azərbaycana verdiyi cavabdan narazıdır.
Simonyan bildirib ki, erməni tərəfinin gözləntiləri özünü doğrultmur. “Biz nəticə çıxaracağıq”, - deyə o qeyd edib.
Bundan əvvəl Ermənistanın Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan “Azadlıq” radiosuna müsahibəsində bildirmişdi ki, İrəvanın KTMT-dən gözləntisi Azərbaycana qarşı hərbi-siyasi yardım əldə etmək olub, lakin bu, alınmayıb.