Rusiyaya məxsus bu texnikalar məhv edildi

 09:50 17.09.2022     291

Ukrayna Silahlı Qüvvələri ötən sutka ərzində Rusiyaya məxsus bir Su-24 təyyarəsini, üç qanadlı raketi və bir pilotsuz təyyarəni məhv edib.

Redaktor.az xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələri Baş Qərargahının “Facebook” səhifəsində məlumat verilib.

Qeyd edək ki, Rusiya ordusu Ukraynaya müdaxilə başlayandan bəri ən azı 5800 hərbi texnika itirib. Onlardan 3668-i məhv edilib, 136-sı zədələnib, 303-ü tərk edilib, 1693-ü əsir götürülüb.