Baydendən Putinə sərt xəbərdarlıq: "Bunu etmə!"

 11:50 17.09.2022     148

ABŞ prezidenti Co Bayden Rusiya lideri Vladimir Putinə Ukraynada taktiki nüvə və ya kimyəvi silahdan istifadədən çəkinməsi üçün xəbərdarlıq edib.

Redaktor.az-ın məlumatına görə, Bayden CBS telekanalına müsahibəsində Putini Ukraynada nüvə silahından istifadəyə görə hədələyib. Deyib ki, əks təqdirdə, bunun nəticələri Kreml üçün ağır olacaq.

Amerika liderinin sözlərinə görə, o, Putini bu addımla bağlı şəxsən xəbərdar edib.

"Bunu etmə! Nəticələri ağır olacaq. Yoxsa cavab verəcəksiniz!", - ABŞ prezidenti xəbərdarlğında qeyd edib.
Lakin Amerika lideri Rusiyaya cavabın nə olacağını açıqlamayıb.